PDF Oxu

Siyasət

  • 25

Ulu Öndərin 90 illik yubileyi Heydər Əliyev Sarayında qeyd olunub

Ulu Öndərin 90 illik yubileyi Heydər Əliyev Sarayında qeyd olunub

Heydər Əliyev Sarayında Ulu Öndərin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət İşçisi Fərhad Babayev açıb.

Fərhad Babayev dövlət rəhbəri kimi Ulu Öndər Heydər Əliyevin daim mədəniyyət və incəsənət xadimlərinin qayğısına qalmasından, onlara himayədarlıq etməsindən, tarix boyu Azərbaycanın şan-şöhrətini bütün ellərə yayıb, dünyanın mədəniyyət xəzinəsinə öz dəyərli töhfələrini səxavətlə bəxş etmiş dahi sənətkarlarımızın təntənəli yubileylərinin keçirilməsi, xalqımızın musiqi, kino, teatr və ədəbiyyat bayramlarının, çoxsaylı festival və mərasimlərin təşkili, bütün bu tədbirlərdə şəxsən iştirak etməsi ölkə başçısının mədəniyyət adamlarına, bütün ziyalılara böyük diqqət və ehtiramından danışıb.

Sarayın direktoru Ümummilli liderin milli mənəviyyatımızın, mədəniyyətimizin qorunması və inkişafı üçün gördüyü işləri yüksək qiymətləndirərək tədbir iştirakçılarına da hər zaman bu dahi insandan nümunə götürməyi, onun ölməz ideyalarını, arzu və əməllərini yaşatmağı tövsiyə edib.

Fərhad Babayev həmçinin, bu yaxınlarda görkəmli alim, akademik Zərifə Əliyevanında 90 illik yubileyinin yüksək səviyyədə keçirildiyini qeyd edib. Görkəmli oftalmoloq, nüfuzlu ictimai xadim Zərifə Əliyevanın Azərbaycan və dünya oftalmologiyasına verdiyi dəyərli töhfələrdən, yüksək səviyyəli tibb işçilərin hazırlanmasında, peşakar elmi kadrların yetişdirilməsindəki böyük xidmətlərindən söz açıb.

Sonda "Heydər Əliyev -90" adlı sənədli filmi nümayiş etdirilib.

Tədbirdən sonra Sarayın rəhbərliyi və kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üstünə tər güllər düzüblər.

sia.az

Digər xəbərlər