PDF Oxu

Siyasət

  • 24

Ulu Öndər Heydər Əliyevin zəngin irsi gənclər üçün böyük örnəkdir

Ulu Öndər Heydər Əliyevin zəngin irsi gənclər üçün böyük örnəkdir

YAP Qaradağ rayon Gənclər Birliyi Ümummilli Liderin 90 illik yubileyi ilə bağlı tədbir keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının qərargahında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, YAP Qaradağ rayon Gənclər Birliyi (GB) tərəfindən təşkil olunan tədbirdə çıxış edən YAP Qaradağ Gənclər Birliyinin sədri Ramiz Yusubov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsi gənclik üçün böyük örnəkdir.

YAP Qaradağ rayon Gənclər Birliyinin üzvü Ramil Yusubov Azərbaycanda Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin nəticəsi olaraq bu ölkəmizdə həyata keçirilən uğurlu işlərdən söz açıb.

YAP Qaradağ rayon təşkilatının Aparat rəhbəri Ruslan İsmayılov da çıxışında Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı həyata keçirmiş olduğu böyük işlərdən bəhs edib. Vurğulayıb ki, ölkəmizdə gənclər üçün böyük diqqət və qayğı mövcuddur. Onların sosial problemlərinin həlli istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin tərkib hissəsi olaraq gənclərimiz təmsil olunduqları sferalarda üzərlərinə düşən vəzifələri uğurla icra etdiyini söyləyən R.İsmayılov Azərbaycanın gələcəyinin sağlam düşüncəli gənclərinin əlində olduğunu bildirib.

YAP Qaradağ rayon Gənclər Birliyinin üzvü Ülviyyə Sultanova da, çıxışında hələ sovet dönəmində belə Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasını təmin edib. Məhz o dövrlər xaricdə təhsil almış gənclər ölkəmiz müstəqillik əldə etdikdən sonra dövlət quruculuğunda böyük fəallıq nümayiş etdirib deyən, Ü.Sultanova bu gün ölkəmizdə gənclər siyasətinin böyük uğurla həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

YAP Qaradağ rayon Gənclər Birliyinin üzvü Tapdıq Qurbanlı Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla icra olunduğunu, ölkəmizdə gənclərin rolunun bütün sahələrdə getdikcə artdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

YAP Qaradağ rayon Gənclər Birliyinin üzvü Arzu Mürsəliyeva da Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin bu günümüz və sabahımız üçün böyük örnək olduğunu qeyd edib. Vurğulayıb ki, gənclərimiz bu gün ölkəmizi beynəlxalq arenada ən layiqli formada təmsil edir.

YAP Qaradağ rayon Gənclər Birliyinin üzvü Rəna İmanova isə çıxışında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, bu günün gəncliyi öz üzərinə düşən vəzifələrin icrası üçün savadlı, intellektli, yüksək bacarığa malik formada yetişib.

sia.az

Digər xəbərlər