PDF Oxu

Siyasət

  • 27

Yunanıstan Azərbaycanla əlaqələrə böyük önəm verir

Yunanıstan Azərbaycanla əlaqələrə böyük önəm verir

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan xarici işlər naziri Dimitrios Avramopoulosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Yunanıstan Respublikasının xarici işlər naziri Dimitrios Avramopoulosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, turizm sahələrində inkişaf etdirilməsi, həmçinin Avropa İttifaqı və NATO çərçivəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Təbrizdə nəşr olunan nüfuzlu "Şəhriyar" qəzeti ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən geniş məqalə dərc edib

AzərTAc xəbər verir ki, Təbrizdə nəşr olunan nüfuzlu "Şəhriyar" qəzetinin 27 aprel tarixli nömrəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Heydər Əliyev-90" sərlövhəli məqalə fars dilində yer almışdır. Ulu öndərimizin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyəti, əldə etdiyi uğur və nailiyyətlər, Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən bəhs edilən məqalədə dünya şöhrətli siyasi xadimin mehriban qonşuluq və səmimi dostluq siyasətinin nəticələri əsasında yazılır: "Azərbaycan və İran münasibətlərində müsbətə doğru dönüşün əsasını qoyan Heydər Əliyev bu əlaqələrin iki ölkə xalqlarının qardaşlığı, dostluğu və əməkdaşlığı prinsipi əsasında qurulduğunu bildirərək qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük potensial sayılan qədim tarixi köklər, eyni din və eyni mənəvi dəyərlər kimi ortaqlıqların olduğunu vurğulamışdır".

Sabir Şahtaxtı,

AzərTAc-ın xüsusi müxbiri,

Tehran

Digər xəbərlər