Yeni Azərbaycan Partiyasının və Heydər Əliyev Mərkəzinin birgə lahiyəsi çərçivəsində "Heydər Əliyev" kitabı işıq üzü görmüşdür. Kitabın təqdimatı mayın 7-də "Kempinski Badamdar" otelində keçiriləcəkdir.
Kitab Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə Yeni Azərbaycan Partiyasının İcra Katibliyi tərəfindən hazırlanmışdır.
Kitaba müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə aid materiallar, dünyanın tanınmış ictimai- siyasi xadimlərinin onun haqqında söylədikləri fikirlər, Ulu öndərin Azərbaycan, müstəqillik və dövlətçilik haqqında düşüncələri, bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda son illərdə əldə edilən uğurlar, habelə, mövzu ilə əlaqədar fotoşəkillər daxil edilmişdir.
yap.org.az