PDF Oxu

Siyasət

  • 33

Şahin Mustafayev: Sənaye parklarının yaradılması qeyri-neft ixracının artırılmasına töhfəsini verəcək

Şahin Mustafayev: Sənaye parklarının yaradılması qeyri-neft ixracının artırılmasına töhfəsini verəcək

Azərbaycan Prezidentinin fərman və sərəncamlarına əsasən, ölkədə sənaye parklarının yaradılmasına başlanıb. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Ş.Mustafayev qeyd edib ki, bu sahədə müvafiq qanunvericilik bazası yaradılıb və vergi güzəştləri müəyyən edilib. Onun sözlərinə görə, sənaye parkları qeyri-neft sənayesinin inkişafını, yerli və xarici investisiyaların cəlb edilməsini sürətləndirəcək.

"Sənaye parklarının yaradılması müasir texnoloji sahələrin inkişafına, yeni rəqabətqabiliyyətli məhsul istehsalına təkan verəcək. Bu amil həmçinin, iqtisadiyyatın modernləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının artırılmasına töhfəsini verəcək"- deyə, nazir vurğulayıb.

yap.org.az

Digər xəbərlər