PDF Oxu

Siyasət

  • 28

Nəqliyyat Nazirliyində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir

Nəqliyyat Nazirliyində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir

Nəqliyyat Nazirliyində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Tarixi İpək Yolu gələcəyə doğru gedən yoldur" mövzusunda keçirilən elmi-praktik konfransda nazirliyin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azəryolservis" ASC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbərləri, Milli Məclisin deputatları, elm xadimləri və ziyalılar iştirak etmişlər.

Tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndərin Nəqliyyat Nazirliyinin həyətindəki büstü önünə çiçək dəstələri düzmüşlər.

Konfransı açan nəqliyyat naziri Ziya Məmmədov müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin dövlət quruculuğu, respublikamızın iqtisadiyyatının dirçəldilməsi, ölkəmizin beynəlxalq aləmdə tanınması, əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən, onun bir dövlət xadimi kimi dünyadakı nüfuzundan və Heydər Əliyev siyasi irsinin bugünkü uğurlu davamından danışmışdır.

Konfransda müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev barədə xatirələr dinlənilmişdir.

Sonda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

AzərTAc

Digər xəbərlər