"Azərbaycanda uşaq hüquqlarının təminatı Azərbaycanda həmişə diqqət mərkəzində saxlanılır. Ölkəmizdə uşaq hüquqlarının qorunması, uşaqlara qarşı zorakılıq hallarının azaldılması istiqamətində böyük işlər görülür". Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Avropa Şurasının "Uşaqlara qarşı zorakılıq proqramı"nın Azərbaycan üzrə koordinatoru Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, məhz bunun nəticəsidir ki, Avropa Şurasının dəstəyi ilə Azərbaycanda bu istiqamətdə proqram reallaşdırılır". Onun sözlərinə görə, Avropa Şurasının bu layihəsi ölkəmizdə uğurla davam etdirilir.
"Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində xeyli işlər görülüb. Eyni zamanda, Milli Məclis tərəfindən lazımi qanunvericilik bazası yaradılıb"- deyə, S.Fətəliyeva qeyd edib.
yap.org.az