PDF Oxu

Siyasət

  • 29

Əli Əhmədov: İnanırıq ki, 2013-cü ilin seçki kampaniyası YAP-ın 20 ildir davam edən uğurlu siyasətinin və seçki strategiyasının yeni bir qələbəli səhifəsi kimi tariximizə düşəcək

Əli Əhmədov: İnanırıq ki, 2013-cü ilin seçki kampaniyası YAP-ın 20 ildir davam edən uğurlu siyasətinin və seçki strategiyasının yeni bir qələbəli səhifəsi kimi tariximizə düşəcək

"Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan etibarən ölkəmizdə keçirilən bütün seçkilərdə yaxından iştirak edib və qələbələr qazanıb. 20 ilə yaxındır ki, partiyamız ölkəmizdə keçirilən bütün seçki kampaniyalarının qalibi kimi öz tarixini yaza bilib". Bu fikirləri YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bu inamı da ifadə edib ki, 2013-cü ilin seçki kampaniyası YAP-ın 20 ildir davam edən uğurlu siyasətinin və seçki strategiyasının yeni bir qələbəli səhifəsi kimi tarixə düşəcək. Onun fikrincə, bu məqsədə çatmaq üçün ölkəmizin inkişafına naminə görülən bütün işlər çox ciddi əsaslar yaradır. "Məlum olduğu kimi Azərbaycan son illər sürətlə inkişaf edir, ölkəmizin iqtisadiyyatı böyük inkişaf mərhələsi keçib. Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövləti kimi tanınır. Son 10 ilə yaxın müddət ərzində Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb. Müasir dünyanın tarixində 10 il ərzində iqtisadiyyatını 3 dəfə artıran ölkələrin sayı o qədər çox deyil. Təbii ki, iqtisadiyyatın yüksəlişi həyatımızın digər sahələrində də inkişaf etməsi üçün çox ciddi, etibarlı zəmindir".

YAP Sədrinin müavini bildirib ki, Azərbaycanın iqtisadiyyatının inkişafı həmçinin, insanların rifahının yaxşılaşmasının göstəricisidir. "İqtisadiyatımız üç dəfə artmasaydı, dövlət büdcəsi bu dərəcədə inkişaf etməsəydi, insanların rifahının yaxşılaşdırılması üçün hökumətin apardığı bu siyasəti reallışdırmaq mümkün olmazdı. Beləliklə, iqtisadiyyatın güclənməsi bir tərəfdən dövlət olaraq qüdrətimizi artırırsa, digər tərəfdən insanların rifahı yaxşılaşıb"- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, hər bir insan bu inkişafı öz həyatında hiss edir və yüksək qiymətləndirir. Onun fikrincə, insanlar öz rifahlarının yüksəlməsini Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bilavasitə əlaqələndirirlər. "Prezidentimizin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə müasirləşir, yeniləşir və inkişaf edir, Bakı şəhəri ilə yanaşı digər bölgələrimiz də tamamilə simasını dəyişir, insanların yaşaması üçün daha layiqli şərait yaradılır. Digər amil isə sabitlik, dinclik, əminamanlıqdır. Əgər bu amillər olmasaydı, insanın rifahının yüksəlməsi sahəsində atılan addımlar və nəticələr böyük dəyər kəsb etməzdi. Azərbaycanda insanın həyatının keyfiyyətinin vacib bir göstəricisi ondan ibarətdir ki, hər bir vətəndaş, ailə dinclik, əminamanlıq, rahatlıq şəraitində yaşayır, insanların təhlükəsizliyi təmin olunur"- deyə, YAP Sədrinin müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər