PDF Oxu

Siyasət

  • 17

Humanizm prinsiplərinə əsaslanan yeni layihə

Humanizm prinsiplərinə əsaslanan yeni layihə

Eldar İbrahimov: "Mehriban xanım Əliyevanın Milli Məclisə amnistiya aktı layihəsini təqdim etməsi humanizmin ən böyük ifadəsidir"

Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Milli Məclisə amnistiya aktı layihəsi təqdim edib. Humanizm prinsiplərinə əsaslanan bu layihə Milli Məclisdən necə və hansı formada qəbul ediləcək?

Millət vəkili Eldar İbrahimov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva 3-cü dəfədir ki, humanizm prinsipi nümayiş etdirərək amnistiya aktı layihəsini Milli Məclisə təqdim edir: "Artıq bu layihəyə və komitədə baxılıb, müzakirə olunub. Milli Məclisin mayın 7-də keçiriləcək iclasında amnistiya aktı haqqında müraciətə baxılaraq, qəbul olunacaq. Hesab edirəm ki, Mehriban xanım Əliyevanın Milli Məclisə amnistiya aktı layihəsini təqdim etməsi humanizmin ən böyük ifadəsidir. Mən də bir deputat və vətəndaş olaraq belə bir qanunun Milli Məclisə təqdim etdiyinə görə, Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm".

3-cü dəfədir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu cür amnistiya aktı layihələri ilə parlamentə müraciət edir. Bu, bir daha Heydər Əliyev Fondunun humanizm və insanı dəyərlərə əsaslanan bir fəaliyyət yolu tutduğunun göstəricisi sayıla bilər" sualına münasibət bildirən E.İbrahimov bildirdi ki, xalqımızın Ümummlli Lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası hələ uzun illər müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə və xalqımızın rifahını yüksəlməsinə xidmət edəcəkdir. Ümummilli Liderimizin siyasətinin insanpərvərlik ənənələrini daim təşviq edən Heydər Əliyev Fondu amnistiya aktlarının ardıcıl təşəbbüskarı olmuşdur. Bu isə fondun fəaliyyətinin Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətli olmasının nəticəsidir.

Millət vəkili Çingiz Qənizadə də bizimlə söhbətində bildirdi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu cür amnistiya aktı layihəsinin Milli Məclisə təqdim etməsi hər kəs tərəfindən müsbət dəyərləndirilir: "Bu, humanizmə əsaslanan bir layihədir. Buna görə də, biz Mehriban xanım Əliyevaya öz minnətdarlığımızı bildiririk. Amnistiya aktı layihəsi Mehriban xanım Əliyevanın ilk təşəbbüsü deyil. Yəni, əvvələr də Mehriban xanım Əliyevanın bu cür təşəbbüsləri olub. Amnistiya aktı haqqında olun bu qərar Milli Məclisdə yaxın günlər ərzində müzakirə olunaraq qəbul ediləcək. Aparılan təhlillərə əsasən amnistiya aktına təxminən 9000 min şəxsə şamil olunacaq. Amnistiya aktı haqqında olan bu qanunun qəbul edilməsi cəmiyyətdə mövcud olan müsbət əhval-ruhiyyənin daha da möhkəmlənməsinə təkan olacaq".

Ç.Qənizadə onu da bildirdi ki, Mehriban xanım Əliyeva Azərbaycanın xalq musiqisinin, muğamının, incəsənətinin üzə çıxarılması və dünyaya təbliği, o cümlədən, xəstə və kimsəsiz uşaqlara hərtərəfli yardımlar etməsinin müəllifidir: "Əvvələr də Mehriban xanım Əliyeva tərəfindən bu cür addımların atılması və indi də amnistiya aktı layihəsinin təqdim olunması onu göstərir ki, Mehriban xanım Əliyeva hər zaman qəlbində ədalət və humanizm hissi yaşadır. İmkan düşdükcə də həmin o hissləri reallığa çevirir".

GÜLYANƏ

Digər xəbərlər