PDF Oxu

Siyasət

  • 27

Astanada xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

Astanada xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

Azərbaycanın Qazaxıstandakı səfirliyi bu ölkənin hakim "Nur Otan" Partiyasının Astana bölməsi ilə birgə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirmişdir.

Konfransda "Nur Otan" Partiyasının Astana bölməsinin, "Jas Otan" gənclər təşkilatının təmsilçiləri, səfirliyin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.

"Nur Otan" Partiyasının "Sosial və siyasi problemlərin analizi və proqnozu" Mərkəzinin rəhbəri Kazbek Kazkenov çıxışında demişdir ki, bütün türk dünyasının lideri Heydər Əliyev öz qüdrəti və zəkası ilə Azərbaycanı dünyaya tanıtmış, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur. Dünya şöhrətli siyasətçinin təşəbbüsü və ciddi səyləri nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunmuşdur.

Səfirliyin müşaviri Şahin Əhmədov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, müstəqilliyimizin qorunub-saxlanması, dövlətçiliyimizin möhkəmlənməsi sahəsində həyata keçirdiyi tədbirlərdən danışmışdır. Diplomat, xalqımızın müdrik oğlu Heydər Əliyevin xatirəsinin qəlblərdə daim yaşayacağını bildirmişdir.

Digər çıxış edənlər də dünya şöhrətli siyasi xadim Heydər Əliyevin keçmiş SSRİ-də yüksək vəzifələrə irəli çəkilməsindən, ona olan xalq məhəbbətindən danışmış, Qazaxıstan ilə Azərbaycan arasında əlaqələrin inkişafında Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xidmətlərini qeyd etmişlər.

Tədbirin sonunda dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

AzərTAc

Digər xəbərlər