PDF Oxu

Siyasət

  • 31

Elman Məmmədov: Avropa parlamentinin bir qrup deputatı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi yolverilməzdir

Elman Məmmədov: Avropa parlamentinin bir qrup deputatı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi yolverilməzdir

"Avropa parlamentinin bir qrup deputatı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi yolverilməzdir". Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu hadisə həm Azərbaycanın ərazi bütövlüyünə etinasız yanaşmadır, həm də beynəlxalq konvensiyalara ziddir. Onun sözlərinə görə, yaxşı olardı ki, həmin avropalılar Azərbaycan hökumətindən icazə almaqla bu ərazidə monitorinq aparardılar və işğal olunmuş Azərbaycan ərazilərində erməni vandalizmini müşahidə edərdilər.

"Avropa Parlamenti daim mülkiyyət hüququndan bəhs edir. Yaxşı olardı ki, həmin ərazidə monitorinq apararaq azərbaycanlıların mülkiyyətinin necə talan olunduğunu dünya ictimaiyyətinə çatdırardılar. Lakin təəssüflər olsun ki, "demokratiya", "insan hüquqları" kimi anlayışları əlində bayraq edən Avropa parlamenti qeyri-qanuni hərəkətlərini davam etdirir""- deyə, E.Məmmədov qeyd edib.

yap.org.az

Digər xəbərlər