PDF Oxu

Siyasət

  • 22

Azay Quliyev: QHT-lər sülhün və təhlükəsizliyin qorunmasında, ölkələr arasında əlaqələrin genişləndirilməsində vacib rol oynayırlar

Azay Quliyev: QHT-lər sülhün və təhlükəsizliyin qorunmasında, ölkələr arasında əlaqələrin genişləndirilməsində vacib rol oynayırlar

"Bu gün bütün dünyada qloballaşma meylləri hiss olunur və bu müstəvidə QHT-lərin rolu həm yerli, həm də beynəlxalq formatda genişlənir. QHT-lər sülhün və təhlükəsizliyin qorunmasında, ölkələr arasında əlaqələrin genişləndirilməsində vacib rol oynayırlar". Bu fikirləri Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, rəhbərlik etdiyi şura xüsusi bir qurum olaraq, hökumətlə QHT-lər arasında əməkdaşlığın inkişafı istiqamətində çalışır və bu gün həmin QHT-lərə dövlət dəstəyi təmin olunur.

"Şura həm də bir sıra vacib ictimai və iqtisadi əhəmiyyət kəsb edən məsələlərdə hökumətlə məsləhətləşmələr aparır və bu günə qədər ölkə daxilində müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lər tərəfindən həyata keçirilən 2 minə yaxın layihəyə maliyyə dəstəyi verilib. Şura Azərbaycanla ortaq maraqları olan xarici ölkələrin QHT-lərinə də maliyyə yardımı ayırmağa hazırdır"- deyə, A.Quliyev vurğulayıb.

yap.org.az

Digər xəbərlər