Ankarada jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının 20 ildən artıqdır ki, davam etdiyini bildirib. "Lakin ATƏT-in Minsk Qrupunun münaqişəni nizamlamaq istiqamətində fəaliyyəti nəticə vermir, bu, bizdə narahatlıq doğurur".
Araz Əzimov qeyd edib ki, Ermənistan nə aldığını və nə itirə biləcəyini anlamalıdır. Xocalı aeroportunun açılması məsələsinə gəldikdə isə Azərbaycan xarici işlər nazirinin müavini bildirib ki, bu, nə leqal, nə də siyasi yolla mümkündür.
yap.org.az