YAP Quba rayon təşkilatının Müəllimlər İnstitutu Quba filialı ilk partiya təşkilatında Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilib
YAP Quba rayon təşkilatının 1 may 2013-cü il tarixdə Müəllimlər İnstitutu Quba filialı ilk partiya təşkilatında Ümummilli Liderimiz Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirildi. Konfransda YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev, Müəllimlər İnstitunun rektoru Ə.Allahverdiyev, rayon Ağsaqqallar Şurasının sədri H.Günəşli və başqaları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Ədalət Nəbiyev çıxış edərək, bildirdi ki, 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi Azərbaycan dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qalxmasından, onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasət haqqinda tələbələrə məlumat verdi. O, bütün tələbələrə bir vətəndaş kimi ölkədə gedən ictimai-siyasi proseslərə həssas yanaşaraq dövlətçilik maraqlarını hər şeydən üstün tutmalarını tövsiyə etdi. Tarixdə şəxsiyyətlər çox yaranıb, Heydər Əliyev həm tarixdə yazılan, həm də tarix yazan nadir şəxsiyyətlərdən biridir. Onun keçdiyi şərəfli həyat yolunun hər qarışı, yaşadığı mənalı ömrünün hər anı bir tarixdir. O yolun ömrün hər addımının hər anında azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərimiz, zəngin mədəni irsimiz, azad yaşamaq haqqımız, xoşbəxt gələcəyimiz, tarixi keçmişimiz öz əksini tapır. Biz o yolu addımladıqca həmin anların xoş təəssüratlarını yaşayırıq. "Heydər Əliyev - Azərbaycan, Azərbaycan - Heydər Əliyev birliyi əbədidir" - deyimi təsadüfən yaramayıb. Nə qədər ki, dünya var, müstəqil Azərbaycan və Azərbaycanla birgə Heydər Əliyev də yaşayacaq. Çünki dünyanın kiçik bir parçası olan Azərbaycanın dövlət müstəqilliyinin qorunması inkişafı, xalqımızın firavan həyat sürməsi onun xidmətlərinin nəticəsidir.
Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, Onun haqqında illərlə danışmaq olar. Ulu Öndərimizin adı ilə başlayan mövzulara nöqtə qoymaq olmur. O, bu dunyadan əbədiyyətə, haqq dünyasına və xalqımızın qəlbinə köçdü. Onun adı tariximizdə əbədi qalacaq, azərbaycanla qoşa səslənəcək.
Bu gün Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilikdə rəhbər tutduğu siyasəti - xalqımızın sevimlisi, Ümummilli Liderin siyasi məktəbinin varisi, Cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan xalqı milli birliyimizi qoruyaraq Prezidentimizin ətrafında sıx birləşmişdir və bütün problemlərdə ona dəstək olaraq Ümummilli Liderimizin qurduğu Azərbaycan dövlətini yaşatmağa, torpaqlarımızın bütövlüyünü bərpa etməyə hazırdır.
Daha sonra çıxış edən tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin keçdiyi keşməkeşli həyat yolu barədə tələbələrə geniş məlumat verdilər.