PDF Oxu

Siyasət

  • 14

YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqata tam hazırdır

YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqata tam hazırdır

Namiq Əhmədov: "Güclü, qüdrətli və xalqın dəstəyini alan Yeni Azərbaycan Partiyası kimi nəhəng təşkilatın qarşısında belə qüvvələrin hansısa siyasi uğur əldə edə bilmək cəhdləri əbəs və yersizdir"

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində öz fəallığını daha da artıracaq. Bunu "Səs" qəzetinə açıqlamasında rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov deyib. N.Əhmədov vurğulayıb ki, ümumiyyətlə, bütün seçkilərdə olduğu kimi, YAP Xəzər rayon təşkilatı aktiv fəaliyyəti ilə seçilib: "Bildiyimiz kimi bu il ölkə və xalq üçün çox əhəmiyyəli bir ildir. Biz seçkilərə çox ciddi səylə hazırlaşırıq. Təbii ki, biz partiyamızın Sədri cənab İlham Əliyevin namizədliyini YAP-ın qurultayında irəli sürəcəyik. Bu gün Onun gördüyü işlər məqsədyönlü və uğurlu siyasətin məntiqi nəticəsi kimi qəbul edilməlidir. Bunu nəzərə alaraq, deyə bilərik ki, cənab İlham Əliyevin heç bir alternativi yoxdur. Bir ölkə başçısı kimi regionlarda və paytaxtda aparılan davamlı quruculuq işləri, vətəndaşların rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən nəhəng layihələr, ardıcılı Dövlət Proqramları məhz belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır".N.Əhmədov eyni zamanda qeyd edib ki, YAP Xəzər rayon təşkilatı prezident seçkilərinə hazırlıqla bağlı artıq səfərbər olunub. Rayon ərazisində yaşayan partiya fəallarına müvafiq göstərişlər və tapşırıqlar verilib. Seçki məntəqələri üzrə müşahidəçilərin və məşvərətçi səs hüququna malik nümayəndələrin müəyyənləşdirildiyini söyləyən Namiq Əhmədov söyləyib ki, həmin şəxslərlə treninqlər də keçirilib.Əsas məqsədin aktiv elektoratın seçki zamanı kütləvi iştirakını təmin etmək olduğunu vurğulayan, rayon təşkilatının sədri deyib ki, aparılan müntəzəm insanların seçkidə iştirakının aktivliyini daha da artıracaq: "Bütün lazımi işləri həyata keçirmişik. Artıq demək olar ki, YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqata tam hazırdır".YAP Xəzər rayon təşkilatının sədri həmçinin vurğulayıb ki, bu gün ölkədə fəaliyyətləri görünməyən, ümumiyyətlə, özlərini xalqdan, dövlətçilik maraqlarından təcrid edən dağıdıcı müxalifət, bütün seçkilərdə olduğu kimi, bu dəfə də ağır məğlubiyyətlə qarşı-qarşıya qalacaqlar: "Çünki ənənəvi müxalifət, özlərini "lider" adlandıran qaragüruhçular heç vaxt xalqın maraqlarından çıxış etməyiblər. Bu gün aşkar şəkildə görürük ki, aşırı radikalizm və dağıdıcılıq ruhuna bələnmiş müxalifət rəhbərləri öz siyasətlərini xarici qüvvələrdən dəstək alaraq yürüdürlər. Götürək ABŞ-ın Milli Demokratiya İnstirunu. Bu kimi qərəzli qurumlardan təlimatlar alaraq şəxsi dividendlərini artıran "liderlər" heç bir vaxt Azərbaycan xalqının səsini qazana bilməyəcəklər. Çünki xalq 20 ildir ki, onları qəbul etmir, bu dəfə də belə olacaq. Artıq əllərində qalan beş-on nəfərlik elektoratları da öz "liderlərinin" naşı, xəyanətkar siyasətlərindən beziblər.Bütün bunları nəzərə alaraq, bir daha belə nəticəyə gələ bilərik ki, güclü, qüdrətli və xalqın dəstəyini alan Yeni Azərbaycan Partiyası kimi nəhəng təşkilatın qarşısında belə qüvvələrin hansısa siyasi uğur əldə edə bilmək cəhdləri əbəs və yersizdir".

Rövşən RƏSULOV

Digər xəbərlər