"Hazırda Azərbaycan yalnız taxıl və ət məhsullarına olan tələbatını daxili imkanları hesabına tam ödəyə bilmir". Bunu kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev deyib.
B.Əliyev bildirib ki, hələ ölkədə taxıl və ət məhsullarına tələbatın daxili istehsal hesabına ödənilməsində müəyyən problemlər var. Onun sözlərinə görə, ət və taxıl məhsullarına olan tələbatın 20-25 faizi idxal hesabına ödənilir.
"Artıq 2,8 mln. ton taxıl istehsal olunub və düşünürəm ki, 2015-ci ilə kimi idxalı sıfıra endirəcəyik. 2015-ci ildə həm ət, həm də taxıl məhsulları üzrə ixrac potensiallı ölkəyə çevriləcəyik. Bizim 144 ölkə ilə idxal-ixrac əməliyyatlarımız var. Dünya dövlətləri ilə ticarət əlaqələri qurulub, amma bu iki məhsul üzrə ehtiyacımız hələ də tam ödənmir. Bu səbəbdən, əsas məqsəd taxılçılığı inkişaf etdirmək, iri təsərrüfatların yaradılmasına təkan verməkdir"- deyə, nazir müavini vurğulayıb.
yap.org.az