PDF Oxu

Siyasət

  • 12

Heydər Əliyev Fondu və Kolumbiyanın Uşaqlara qarşı Zorakılıqların Qarşısının Alınması üzrə Şəbəkə Fondu arasında əməkdaşlıq sazişi imzalanıb

Heydər Əliyev Fondu və Kolumbiyanın Uşaqlara qarşı Zorakılıqların Qarşısının Alınması üzrə Şəbəkə Fondu arasında əməkdaşlıq sazişi imzalanıb

Heydər Əliyev Fondunu təmsil edən rəsmi nümayəndə heyəti Kolumbiyada işgüzar səfərdə olub.

Bu barədə Azərbaycanın Kolumbiyadakı səfirliyindən bildiriblər.

Səfər çərçivəsində Heydər Əliyev Fondunun nümayəndə heyəti Kolumbiyanın Uşaqlara qarşı Zorakılıqların Qarşısının Alınması üzrə Şəbəkə Fondunun prezidenti, Kolumbiya Senatının üzvü Alexandra Moreno Pirakive ilə görüşüb. Tərəflər hər iki fond arasında gələcək əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər. Azərbaycanın nümayəndə heyəti Kolumbiya tərəfinə Heydər Əliyev Fondunun məqsəd və fəaliyyəti haqqında məlumat verib, Fond tərəfindən həyata keçirilən xeyriyyə tədbirlərdən bəhs olunub. /Trend/

Görüşün sonunda Heydər Əliyev Fondu və Kolumbiyanın Uşaqlara qarşı Zorakılıqların Qarşısının Alınması üzrə Şəbəkə Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Səfər çərçivəsində Heydər Əliyev Fondunun nümayəndə heyəti Kolumbiyanın xarici işlər nazirinin müavini xanım Patti Londonyo ilə görüşüb. Görüş zamanı Kolumbiya XİN rəsmisinə Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumat verilmiş, həmçinin bir sıra sosial layihələrin birgə həyata keçirilməsinə dair nəzərdə tutulan məsələlər ətrafında müzakirə aparılmışdır.

Keçirilmiş görüşlərdə Azərbaycan nümayəndə heyətini ölkəmizin Meksika və eyni zamanda Kolumbiyadakı səfiri İlqar Muxtarov müşayiət edib.

yap.org.az

Digər xəbərlər