PDF Oxu

Siyasət

  • 11

Əflatun Amaşov: Müstəqillik qazandıqdan sonra Azərbaycanın əldə etdiyi ən böyük dəyərlərdən biri də söz azadlığıdır

Əflatun Amaşov: Müstəqillik qazandıqdan sonra Azərbaycanın əldə etdiyi ən böyük dəyərlərdən biri də söz azadlığıdır

"Müstəqillik qazandıqdan sonra Azərbaycanın əldə etdiyi ən böyük dəyərlərdən biri də söz azadlığıdır". Bu fikri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, dünya miqyasında qəbul olunmuş bu dəyər demokratik proseslərin mühüm atributudur. Onun sözlərinə görə, bəşəriyyət söz və mətbuat azadlıqlarının oturuşmuş prinsip kimi qəbuluna doğru xeyli yol keçib.

"Bu mənada 3 may Ümumdünya Mətbuat Azadlığı Günü də spesifik tarixə malikdir. Bu tarix dünyanın demokratik ölkələrində əlamətdar gün kimi qeyd olunur. 3 may tarixinin Azərbaycanda da hər il geniş qeyd edilməsi artıq ənənəyə çevrilib"- deyə, Ə.Amaşov qeyd edib.

yap.org.az

Digər xəbərlər