Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Pakistanda keçirilən Heydər Əliyev ongünlüyü çərçivəsində Regional Tədqiqatlar İnstitutunda "Heydər Əliyev Azərbaycan-Pakistan dostluğunun memarı" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Regional Tədqiqatlar İnstitutunun (İRS) prezidenti Əşrəf Əzim, institutun aparıcı elmi işçiləri, Azərbaycanın səfiri Daşqın Şikarov, səfirliyin əməkdaşları iştirak etdiblər.
Dəyirmi masada çıxış edən İRS-in prezidenti Əşrəf Əzim qədim tarixə söykənən Pakistan-Azərbaycan münasibətlərindən danışmış, Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini qazanmasından dərhal sonra bu əlaqələrin yarandığını və sürətlə inkişaf etdiyini bildirmişdir.
Azərbaycanın səfiri Daşqın Şikarov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin keçdiyi çətin, lakin şərəfli həyat yolundan danışmışdır.
Tədbirdə çıxış edən ABŞ-ın Pitsburq Universitetinin professoru Aftab Kazi Azərbaycanın ümummilli liderinin adını daşıyan və ölkənin birinci xanımı Mehriban Əliyevin rəhbərlik etdiyi fondun fəaliyyətinə də toxunmuş, Heydər Əliyev fondunun Pakistanın bütün əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrində genişmiqyaslı layihələrin həyata keçirtdiyini bildirmişdir.
Daha sonra dəyirmi masanın mövzusu ətrafında tədbir iştirakçıları arasında diskussiyalar başlayıb.
Tədbirin sonunda səfirlik tərəfindən yenidən urdu dilində nəşr edilmiş "Heydər Əliyev-Azərbaycanın Ümummilli Lideri" kitabı tədbir iştirakçısına paylanıb.
yap.org.az