PDF Oxu

Siyasət

  • 13

YAP Qaradağ rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib

YAP Qaradağ rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının qərargahında Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan xalqını düşmüş olduğu bütün bəlalardan xilas edən Ulu öndər Heydər Əliyev dövlət və dövlətçiliyimizin əbədi olması üçün zəruri olan bütün adımları atıb.

A.Hüseynov müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunması üçün Prezident İlham Əliyevin Sərəncamından irəli gələrək ardıcıl olaraq tədbirlər təşkil olunduğunu bildirib. YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev millətimizin və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib. Bildirib ki, Ulu öndər Heydər Əliyev hələ Sovet İttifaqının tərkibində respublikamızda rəhbər vəzifələrdə çalışdığı dönəmlərdə belə Azərbaycanın və azərbaycanlıların gələcəyini düşünmüş və bu günümüz üçün böyük işlərin, layihələrin əsasını qoymuşdur. Ölkəmizin ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra düşmüş olduğu çətin dönəmlərdən də məhz Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və yüksək bacarığı sayəsində xilas olduğunu söyləyən A.Hüseynov dövlətimizin sağlam, sarsılmaz təməllər üzərində bərqərar olmasının əsasının da o dövrlərdə qoyulduğunu vurğulayıb. A.Hüseynov Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin praqmatik siyasəti ilə ölkəmizin daha da yüksək inkişaf xətti tutduğunu vurğulayıb.

Tədbirdə digər çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edərək, dövlətimizin bu günü və gələcəyi naminə gördüyü qlobal işlərdən danışıblar.

yap.org.az

Digər xəbərlər