PDF Oxu

Siyasət

  • 11

Aytən Mustafayeva: Təəssüf ki, ATƏT-in fəaliyyətində bu günə qədər pozitiv nəticələr əldə olunmayıb

Aytən Mustafayeva: Təəssüf ki, ATƏT-in fəaliyyətində bu günə qədər pozitiv nəticələr əldə olunmayıb

"Beynəlxalq hüququn əsas prinsiplərindən biri ondan ibarətdir ki, dövlətlər bir-birilərinin ərazi bütövlüyünə hörmətlə yanaşırlar, ərazi bütövlüklərinin pozulmazlığını və sərhədlərin toxunulmazlığını, sərhədlərin zor tətbiqi yolu ilə dəyişməzliyini qəbul edirlər. Beynəlxalq hüquq normaları həm dövlətlərin ərazi bütövlüyünün, həm də insan haqlarının təminatçısı kimi çıxış edir". Bu fikirləri AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.

A.Mustafayeva bildirib ki, beynəlxalq hüquqa əsasən təcavüzün və o cümlədən işğalın, ərazi qəsbkarlığının, əhaliyə, xalqa, yaşayış yerlərinə qarşı yönəldilmiş qəsdlərin istənilən formaları pislənilir və dövlətlərin bu kimi hallara yol vermələri məsuliyyəti meydana gətirir. Onun sözlərinə görə, beynəlxalq təşkilatların təbiətində, onların fəaliyyətinin məzmununda ədaləti qorumaq, ədaləti təmin etmək və pozulmuş hüquqların bərpasına çalışmaq amili dayanır.

"Bu baxımdan, 1993-cü ildə BMT Təhülkəsizlik Şurasının münaqişəyə dair, -işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması barədə, -dörd mühüm qətnaməsi qəbul olunub. İslam Konfransı Təşkilatının sənədində isə Ermənistan təcavüzkar dövlət kimi tanınır. Bununla yanaşı, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını davam etdirir. Təəssüf ki, ATƏT-in fəaliyyətində bu günə qədər pozitiv nəticələr əldə olunmayıb. Bir milyon nəfərdən artıq insanın hüquqları bərpa edilməyib. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinə böyük dövlətlərin mövqeləri də "ikili standart" xarakteri kəsb edir. Böyük dövlətlər bu münaqişəyə regionda aparılan rəqabət siyasətlərinin predmeti və obyekti kimi yanaşırlar"- deyə, direktor qeyd edib

yap.org.az

Digər xəbərlər