Lənkəran Humanitar Kollecində Ümummilli Liderin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev-siyasi lider, dahi şəxsiyyət" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Toplantıda çıxış edən kollecin direktoru Şaban Şəfiyev bildirmişdir ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Öndər kimi əbədi yaşayacaqdır.
Kollecin tarix müəllimi Qətilə Şükürova "Heydər Əliyev azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısıdır" mövzusunda məruzə etmişdir.
Konfransda çıxış edənlər qeyd etmişlər ki, Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyası gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna qovuşmasına nail olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, Ulu Öndər bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də mühüm islahatlar həyata keçirmiş və ümummilli liderin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
AzərTAc