PDF Oxu

Siyasət

  • 6

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tour d`Azerbaidjan” Beynəlxalq velosiped turuna yekun vurulmuşdur

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tour d`Azerbaidjan” Beynəlxalq velosiped turuna yekun vurulmuşdur

Mayın 5-də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d`Azerbaidjan" Beynəlxalq velosiped turuna yekun vurulmuşdur.

Yarışın beşinci mərhələsi Azadlıq meydanından start götürmüşdür. "Tour d`Azerbaidjan"ın sonuncu mərhələsi Bakının mərkəzi küçələri ilə 144 kilometr məsafədə 12 dəfə dövrə vurmaqla başa çatmışdır.

Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Litva milli komandasının üzvü Tomas Vaitkus bu məsafəni 3 saat 19 dəqiqə 49 saniyəyə qət edərək sonuncu mərhələnin qalibi olmuşdur. Lüksemburqun "Leopard-Ter" komandasının idmançısı Sin De Bi ikinci, Hollandiyanın "Rabobank Development" kollektivinin velosipedçisi Konstant Godrie üçüncü olmuşlar.

"Tour d`Azerbaidjan"ın sonuncu mərhələsi başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir. Yarışda ümumi hesabda birinci olan Türkiyənin "Torku Şekerspor" komandasının üzvü Sergey Qreşin göy, sprint yarışlarında lider olan Azərbaycanın "Synergy Baku Cycling Project" komandasının velosipedçisi Kristof Şveizer yaşıl, dağ klassifikasiya yarışlarının birincisi "Synergy Baku Cycling Project"in digər idmançısı Konnor Makkonvey qırmızı köynəklə mükafatlandırılmışlar.

Yarışın ən yaxşı gənc idmançısı adına Qazaxıstanın "Astana" komandasının üzvü Baxtiyar Kojatayev layiq görülmüş və ona ağ-bənövşəyi köynək hədiyyə edilmişdir. Ən yaxşı azərbaycanlı idmançı üçün hazırlanmış köynək isə Elçin Əsədova təqdim olunmuşdur. "Tour d`Azerbaidjan"ın ən yaxşı komandası adını isə Portuqaliyanın "Efapel-Glassdrive" kollektivi qazanmışdır.

Beş gün davam edən yarışlarda idmançılar 770 kilometr məsafə qət etmişlər.

yap.org.az

Digər xəbərlər