PDF Oxu

Siyasət

  • 15

Bakıda “Qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi”mövzusunda Beynəlxalq konfrans keçiriləcəkdir

Bakıda “Qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi”mövzusunda Beynəlxalq konfrans keçiriləcəkdir

İyunun 3-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi" mövzusunda Beynəlxalq konfrans keçiriləcəkdir.

Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov bildirmişdir ki, konfransın məqsədi təbii ehtiyatlardan səmərəli istifadənin təşkili, idarə olunması və davamlı inkişafın elmi əsaslandırılmasının, insan-təbiət təbii tarazlığının qorunub saxlanmasının, ekocoğrafi, sosial-iqtisadi problemlərin təşkilinin elmi-təcrübi istiqamətlərinin müəyyən edilməsidir.

Konfransda bu problemlərin həlli ilə məşğul olan xarici ölkə mütəxəssislərinin, qanunvericilik və icra orqanları, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı nəzərdə tutulur.

İyunun 5-dək davam edəcək beynəlxalq tədbirdə "Geosistemlərin təbii ehtiyat potensialının təyininin elmi-metodoloji əsasları", "Qlobal iqlim dəyişmələri, iqlim və su ehtiyatları", "Davamlı sosial-iqtisadi inkişaf və qida təhlükəsizliyi", "Xəzər dənizinin və ətraf regionların ekoloji potensialı", "Geosistemlərin təbii landşaft potensialının optimallaşdırılması yolları" və digər mövzuda məruzələr dinləniləcəkdir.

yap.org.az

Digər xəbərlər