PDF Oxu

Siyasət

  • 11

Ulu Öndər siyasi və dövlətçilik fəaliyyətinin bütün dövrlərində mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət və qayğı ilə yanaşmışdır

Ulu Öndər siyasi və dövlətçilik fəaliyyətinin bütün dövrlərində mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət və qayğı ilə yanaşmışdır

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının üzvləri mayın 6-da Heydər Əliyev Fondunda olmuşlar.

Qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Ümummilli Liderin zəngin irsini öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.

Qeyd olunmuşdur ki, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması da Ulu Öndərin misilsiz xidmətlərindəndir.

Bildirilmişdir ki, Ulu Öndər sovetlər dönəmində tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix - diyarşünaslıq muzeylərinin yaradılmasına nail olmuşdur. Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Ulu Öndərin sənət adamlarının yubileylərinə dair sərəncamları, onlara ünvanladığı təbrik məktubları və səmimi ürək sözləri sənətə və sənətkara verdiyi böyük qiymətin, bəslədiyi ehtiramın əyani sübutu idi.

Qonaqlar ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olmuşlar.

Sonda Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filmi nümayiş olunmuşdur.

AzərTAc

Digər xəbərlər