PDF Oxu

Siyasət

  • 11

Türkiyənin Qazi Universitetində “Heydər Əliyevin xarici siyasət baxışı və Türkiyə” mövzusunda konfrans keçirilmişdir

Türkiyənin Qazi Universitetində “Heydər Əliyevin xarici siyasət baxışı və Türkiyə” mövzusunda konfrans keçirilmişdir

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təşkil edilən tədbirlər çərçivəsində Qazi Universitetində "Heydər Əliyevin xarici siyasət baxışı və Türkiyə" mövzusunda konfrans keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, konfransda deputatlar, sabiq nazirlər, universitetinin müəllim və tələbələri, elm xadimləri və ictimai xadimlər, diasporun və KİV-lərin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

Səfir Faiq Bağırov Ümummilli Liderin müasir müstəqil Azərbaycanın yaranmasında, möhkəmlənməsində və inkişafında xidmətlərindən, ölkəmizin bir dövlət kimi formalaşaraq inkişaf yoluna qədəm qoymasında ulu öndər Heydər Əliyevin rasional xarici siyasət strategiyasından, respublikamızın xarici siyasətində Türkiyənin müstəsna yerindən və dahi şəxsiyyətin Azərbaycan-Türkiyə münasibətlərinin genişləndirilməsinə verdiyi töhfələrdən danışmışdır.

Konfransda Milli Məclisin deputatı Eldar İbrahimov, türkiyəli deputat Sinan Oğan, universitetinin müəllimləri Əflatun Nemətzadə və Alper Alp məruzələrlə çıxış etmişlər.

AzərTAc

Digər xəbərlər