PDF Oxu

Siyasət

  • 9

Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərmişdir

Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərmişdir

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə "Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti" mövzusunda Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın iştirakçıları və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının fəalları mayın 6-da Heydər Əliyev Fondunda olmuşlar.AzərTAc xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn konfrans iştirakçılarına Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Ümummilli Liderin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.

Fondla tanışlıq zamanı qeyd olunmuşdur ki, Ulu Öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birliyin ölkəmizin misilsiz uğurları kimi qəbul etdiyi sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz Ümummilli Liderin titanik fəaliyyətinin bəhrələridir.

Xüsusi vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir. Ulu Öndər həmişə gənclərə güvənərək onlara böyük etimad göstərmişdir. Məhz bunun nəticəsi olaraq Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutmuşdur. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss etmişdir.

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin hədiyyələri ilə Ulu Öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlər zamanı çəkilmiş fotoşəkillərə maraqla baxmışlar.

Sonda Fondun qonaqları Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filmini izləmişlər.

Beynəlxalq konfransın iştirakçıları Fonddan zəngin təəssüratla ayrılmışlar.

AzərTAc

Digər xəbərlər