PDF Oxu

Siyasət

  • 12

ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər

ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər

ATƏT-in Parlament Assambleyasının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyəti mayın 6-da Fəxri Xiyabana getmiş, orada xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət etmiş, onun məzarı önünə tər çiçəklər qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, onun məzarı önünə tər çiçəklər qoyulmuşdur.

Sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları önünə tər çiçəklər qoymuşlar.

Qonaqlar Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsinə tamaşa etmişlər. Onlara Şəhidlər Xiyabanının tarixi və şəhərdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

AzərTAc

Digər xəbərlər