Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən "Heydər Əliyev – böyük azərbaycanlı" konfransının iştirakçıları mayın 6-da Fəxri Xiyabana getmiş, orada xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, onun məzarı önünə tər çiçəklər qoyulmuşdur.
AzərTAc