PDF Oxu

Siyasət

  • 8

Ulu Öndər Azərbaycanda milli sərhəd siyasətini formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etmişdir Dövlət Sərhəd Xidməti Aparatının əməkdaşları mayın 6-da Heydər Əliyev Fondunda olmuşlar.

Ulu Öndər Azərbaycanda milli sərhəd siyasətini formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etmişdir Dövlət Sərhəd Xidməti Aparatının əməkdaşları mayın 6-da Heydər Əliyev Fondunda olmuşlar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Ümummilli Liderin zəngin irsini öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə öz töhfəsini verir.

Qeyd olunmuşdur ki, Sərhəd Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, eləcə də sərhəd məntəqələrinin yaradılmasında, onların maddi-texniki bazasının möhkəmləndirilməsində, sərhədçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndər Azərbaycanda milli sərhəd siyasətini formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etmişdir.

Qonaqlar ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olmuşlar.

Sonda Fondun qonaqları Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filmini izləmişlər.

Fondla tanışlıq Dövlət Sərhəd Xidməti Aparatının əməkdaşlarında zəngin təəssürat yaratmışdır.

AzərTAc

Digər xəbərlər