PDF Oxu

Siyasət

  • 9

Səudiyyə Ərəbistanın “Ər-Riyad” qəzetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə geniş məqalə dərc olunmuşdur

Səudiyyə Ərəbistanın “Ər-Riyad” qəzetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə geniş məqalə dərc olunmuşdur

Səudiyyə Ərəbistanın nüfuzlu "Ər-Riyad" qəzetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə geniş məqalə dərc olunmuşdur.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə ulu öndər Heydər Əliyevin ölkəmiz ilə İslam dünyası arasında əlaqələrin genişləndirilməsində, xalqlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsində, münasibətlərin genişləndirilməsində əvəzsiz xidmətləri barədə məlumat verilmişdir.

Yazıda 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Kral Fəhd Əbdüləziz əl-Saud ilə görüşü, ölkələrimiz arasında əməldaşlığa dair sazişin imzalanması, müqəddəs Kəbəni ziyarət etməsi, eyni zamanda, 1997-ci ildə Tehranda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Kral Abdulla bin Əbdüləziz əl-Saudla görüşü barədə məlumatlar yer almışdır.

AzərTAc

Digər xəbərlər