PDF Oxu

Siyasət

  • 11

"Kitab bayramı-2013"

"Kitab bayramı-2013"

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kitab bayramı keçirilib

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin təşkilatçılığı ilə Filarmoniya bağında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Kitab bayramı-2013" keçirilib.

Kitab bayramında Millət vəkili, Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovun "Heydər Əliyev ideyalarının zəfər yürüşü" (Azərbaycan və rus dillərində) və yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Zərifə Əliyeva" (Azərbaycan, rus, ingilis və ukrayna dillərində), Eldar Xəlilovun Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi şəbəkəsinə daxil olan uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti haqqında "Milli varlığımız - Vətəndaş amalı" adlı kitablarının təqdimat mərasimi təşkil olunmuşdu.

Kitab bayramında, həmçinin, Ulu Öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş uşaq musiqi və incəsənət məktəblərinin musiqi nəzəriyyəsi fənləri üzrə III Ümumşəhər Olimpiadasının qaliblərinin təltifolunma mərasimi, kitabxanaların oxucuları arasında keçirilmiş şeir müsabiqəsinin qaliblərinin təqdimat mərasimi, "Mən niyə naşir olmaq istəyirəm?" müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi, I Ümümrespublika "Kitab sənəti" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirdə Bakı şəhər Musiqi və İncəsənət məktəbləri şagirdlərinin ifasında konsert proqramı təqdim edildi, tanınmış yazıçı və şairlərin kitablarının imza mərasimləri keçirildi, xalq şairi Sabir Rüstəmxanlı, xalq yazıçısı Çingiz Abdullayev, professor, əməkdar elm xadimi Kamal Abdulla, Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas, Elxan Elatlı, Varis, Əjdər Ol, Şamil Sadiq, Müşfiq Xan və başqalarının oxucularla görüşü təşkil olunmuşdu.

Qeyd edək ki, kitab bayramında ölkənin 50-dən çox tanınmış nəşriyyatları, kitab evləri və yayım assosiasiyaları iştirak etmiş, 9 min adda, 40 min nüsxədən çox kitab sərgilənmişdi.

ZÜMRÜD

Digər xəbərlər