PDF Oxu

Siyasət

  • 11

Aydın Hüseynov: “Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə gəlməsə idi...”

Aydın Hüseynov: “Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə gəlməsə idi...”

"Ümummilli lider artıq dünyada tanınan, qəbul olunan siyasi, fenomen dövlət xadimdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycanda aparılan təbliğat işlərinə münasibət bildirərkən söyləyib.

Aydın Hüseynovun sözlərinə görə, Heydər Əliyevin 90 illik yubileyi Azərbaycanın bütün bölgələrində qeyd edilir. Hətta deyərdim ki, Ulu öndərimizin yubileyi ailələrdə belə keçirilir: "Bununla belə, Azərbaycandan kənarda da dahi şəxsiyyətin yubileyi özünəməxsus şəkildə qeyd olunur. Bu da təbii ki, elə-belə deyil. Yəni, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradıcısı, qurucusudur. Ümummilli lider bütün mənalı həyatını Azərbaycan xalqına sərf edib. Heydər Əliyev tək Azərbaycan üçün deyil, dünya üçün də öz töhvəsini verib. 1993-cü ildən sonra dünyada gedən siyasi proseslərin tənzimlənməsində dahi şəxsiyyətin xüsusən rolu olub. Həmin dövrdə (1993-cü ildə) Heydər Əliyev hakimiyyətə gəlməsə idi, indi dünyanın siyasi xəritəsində biz başqa cür dəyişikliklər, istiqamət görəcəydik. Orada Azərbaycan görünməyəcəkdi və onun varlığından söhbət belə açıla bilməzdi. Getdikcə Heydər Əliyev zirvəsi, böyüklüyü, irsi daha da dərindən dərk olunacaq. Bu, yüz illərlə gedəcək bir siyasətdir ki, bu siyasətin də uğurla davam etdirilməsi üçün biz prezidentimiz İlham Əliyevə minnətdarıq. Ona görə ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi o siyasi xətt daha da müasirləşərək, zənginləşərək çox yüksək inkişafla irəliləyir".

sia.az

Digər xəbərlər