PDF Oxu

Siyasət

  • 13

Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar “Youm7” qəzetində “Azərbaycanın siyasi və iqtisadi inkişaf modeli” adlı məqalə dərc edilmişdir

Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar “Youm7” qəzetində “Azərbaycanın siyasi və iqtisadi inkişaf modeli” adlı məqalə dərc edilmişdir

Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin Misirin ən çox oxunan qəzetlərindən olan "Youm7"-də "Azərbaycanın siyasi və iqtisadi inkişaf modeli" adlı məqaləsi dərc edilmişdir. (http://www1.youm7.com/News.asp?NewsID=1050355)

Müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklərdən və Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edən səfir xalqın israrlı təkidi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin yürütdüyü məqsədyönlü və uğurlu siyasət nəticəsində Azərbaycanın müasir siyasi-iqtisadi inkişaf modelinin əsasının qoyulduğunu qeyd edərək, bu modelin siyasi, iqtisadi, sosial və xarici siyasət aspektləri barədə oxucuları məlumatlandırmışdır.

Müəllif demokratikləşdirmə, fundamental hüquq və azadlıqların, sabitlik və təhlükəsizliyin təminatı, iqtisadi islahatlar, neft-qaz strategiyası və bundan əldə olunan gəlirlərin şəffaf və səmərəli idarə olunması sayəsində Azərbaycanın bu gün potensial donor dövlətə çevrildiyini, xarici valyuta ehtiyatının 48 milyard ABŞ dollarından artıq olduğunu, Cənubi Qafqazın iqtisadiyyatının 80 faizinin Azərbaycanın payına düşdüyünü, öz süni peyki ilə kosmik dövlətlər ailəsinə qoşulduğunu və qarşısına yaxın onillik ərzində inkişaf etmiş dövlət səviyyəsinə çatmaq kimi strateji hədəf qoyduğunu vurğulamışdır.

Əldə edilmiş demokratik və iqtisadi inkişaf nəticəsində ölkəmizin beynəlxalq aləmdə müstəqil xarici siyasət yürütdüyünü qeyd edən səfir Azərbaycanın sülh, təhlükəsizlik və sabitliyin "ixracatçısı" və bir sıra beynəlxalq təşkilatlar çərçivəsində yeni əməkdaşlıq modellərinin təşəbbüskarı olduğunu qeyd etmişdir.

Xarici siyasətimizin humanitar ölçülərindən yazan səfir Azərbaycanın ərəb-İslam dünyası ilə tarixi əlaqələrinə toxunmuş və Fələstin məsələsi ilə əlaqədar ölkəmizin tutduğu mövqeyi şərh edərək, bu ilin iyununda Bakıda Fələstin ilə əlaqədar keçiriləcək donor konfrans barəsində oxucuları məlumatlandırmışdır.

Ermənistanın Azərbaycana təcavüzünə toxunan səfir bu təcavüzün ağır nəticələrindən də bəhs etmişdir.

AzərTAc

Digər xəbərlər