PDF Oxu

Siyasət

  • 4

Liviyanın nüfuzlu “Əl-Liva” qəzetində “Əliyev... Dövrlərin insanı” sərlövhəli məqalə dərc edilmişdir

Liviyanın nüfuzlu “Əl-Liva” qəzetində “Əliyev... Dövrlərin insanı” sərlövhəli məqalə dərc edilmişdir

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycanın Liviyadakı səfirliyi tərəfindən bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşlərdə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

Keçirilən görüşlərin nəticəsi olaraq Liviyanın geniş oxucu kütləsinə malik "Əl-Liva" qəzetində "Əliyev... Dövrlərin insanı" sərlövhəli məqalə dərc edilmişdir.

Məqalədə Azərbaycanın Sovet İttifaqına daxil olmasından sonra 70 il hökm sürən sovet totalitar rejiminin ölkəmizə vurduğu ağır zərbələrdən bəhs edilmiş, respublikamızın zamanın bütün sınaqlarından ləyaqətlə çıxdığı oxucuların diqqətinə çatdırılmışdır.

Yazıda bildirilmişdir ki, 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilmiş, Ulu Öndərin rəhbərlik etdiyi dövrlərdə ölkəmiz sürətli inkişaf və tərəqqi mərhələsi yaşamışdır.

Məqalədə, həmçinin ümummilli lider Heydər Əliyevin xalqımızın milli şüurunun formalaşmasında və maariflənməsində göstərdiyi xidmətlər xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, milli kadrların yetişdirilməsi, gənclərimizin xarici ölkələrdə təhsil alması daim Ulu Öndərin diqqət mərkəzində olmuşdur.

Müəllif Azərbaycanın müasir inkişaf tarixini dahi şəxsiyyət Heydər Əliyevin adı və onun dövlətçilik siyasəti ilə sıx əlaqələndirmişdir. Diqqətə çatdırmışdır ki, Ulu Öndərin yenidən respublika rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, habelə beynəlxalq əlaqələrində ciddi dönüş yaranmışdır.

AzərTAc

Digər xəbərlər