PDF Oxu

Siyasət

  • 13

Aktauda ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar mərasim keçirilmişdir

Aktauda ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar mərasim keçirilmişdir

Azərbaycanın Aktaudakı Baş konsulluğu Xəzər Dövlət Texnologiya və İnjinirinq Universiteti ilə birgə ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar mərasim keçirmişdir.

Tədbirdə universitetin professor və müəllim heyəti, tələbələr, ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak etmişlər.

Baş konsul Rəşad Məmmədov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, konsulluq Qazaxıstanın Qərb regionlarındakı ali təhsil ocaqlarındakı tələbələr arasında Heydər Əliyev adına birdəfəlik təqaüd təsis etmişdir. Hər universitetin liderlik bacarığı olan beş tələbəsi ulu öndərin ad günündə bu təqaüdə layiq görülmüşdür.

Sonra tələbələrin hər birinə 500 ABŞ dolları həcmində təqaüd, Azərbaycanın tarixi, mədəniyyəti ilə əlaqədar kitab və suvenirlər təqdim etmişdir.

Çıxışlarda qeyd olunmuşdur ki, Heydər Əliyevin adı təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında hörmətlə yad olunur.

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

AzərTAc

Digər xəbərlər