Mayın 7-də Milli Məclisin növbəti iclası keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, iclas Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunacaqdır.
İclasda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında məsələyə də baxılacaqdır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı Parlamentə müraciət etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə hazırlanan amnistiya aktı Ulu Öndərin humanist siyasətinə sədaqətin nümayişidir.
Amnistiya aktının təqribən 9 min məhkuma tətbiq ediləcəyi gözlənilir.
AzərTAc