PDF Oxu

Siyasət

  • 11

İordaniya kraliçası: Nizami Gəncəvinin əsərləri bu gün də aktuallığını qoruyur

İordaniya kraliçası: Nizami Gəncəvinin əsərləri bu gün də aktuallığını qoruyur

Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri bu gün də aktuallığını qoruyur. Bunu İoprdaniya kraliçası Nur əl-Hüseyn Bakıda keçirilən I Cənubi Qafqaz forumunda deyib.

"Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri bu gün də aktuallığını qoruyur, çünki o, siyasi islahatlar, millətlərarası dialoq və xalqlar arasında əməkdaşlıq lehinə çıxış edib", - Nur əl-Hüseyn qeyd edib.

İki gün davam edəcək foruma dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılıb.

Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunacaq.

yap.org.az

Digər xəbərlər