PDF Oxu

Siyasət

  • 9

Fəttah Heydərov: "Ulu Öndər ölməzdir, yenə də bizimlədir"

Fəttah Heydərov: "Ulu Öndər ölməzdir, yenə də bizimlədir"

"Azərbaycan məhz Ulu Öndərin Heydər Əliyevin 80 illik ömrünü həsr etdiyi böyük ideyaların həyata keçirilməsi nəticəsində inkişaf etməyə başlayıb. Ölkəmizin tarixinə müraciət etdikdə görürük ki, dünya dövlətlərinin içərisində ən görkəmli şəxsiyyətlərdən biri məhz Ümummilli lider Heydər Əliyev olub". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin bugünkü iclasında çıxışı zamanı millət vəkili Fəttah Heydərov Ulu Öndər Heydər Əliyevlə bağlı fikirlərini bölüşərkən deyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün həyatı boyu yalnız Azərbaycan xalqının yaxşı yaşaması üçün çalışıb: "Ümummilli lider Heydər Əliyev yolu xalqımız üçün ən işıqlı yoldur. Hələ sovetlər dönəmində dahi şəxsiyyət bugünkü müstəqilliyimizin əsaslarını qoyub. Ermənilər o dönəmdə Azərbaycan torpaqları ilə bağlı arzularını həyata keçirə bilmədilər. Gəlin, Heydər Əliyevli Azərbaycanla Heydər Əliyevsiz Azərbaycanı müqayisə edək. O, Azərbaycanda olmayanda torpaqlarımızın 20 faizini itirib, Xocalı faciəsini yaşamışıq. Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf edib, dünya dövlətləri arasında layiqli yer tutub".

Fəttah Heydərov qeyd edib ki, bu mübarizə Ümummilli liderimizin səhhətinə təsirsiz ötüşməyib: "Bu gün dahi şəxsiyyət Heydər Əliyevin yolunu varisi, əziz övladı İlham Əliyev davam etdirir. Ulu Öndər ölməzdir, yenə də bizimlədir".

sia.az

Digər xəbərlər