Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar elan edilmiş beynəlxalq yazı müsabiqəsinin qaliblərinin mayın 7-də mükafatlandırılması mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi beynəlxalq yazı müsabiqəsinə daxil olmuş məqalələrin qiymətləndirilməsi mərhələsi başa çatmışdır. Fevralın 15-də elan olunmuş müsabiqə barədə məlumat Azərbaycanın Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan və Rumıniyadakı səfirlikləri vasitəsilə bu ölkələrin ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Bu müsabiqə barədə xəbər böyük marağa səbəb olmuşdur.
Beynəlxalq müsabiqəyə ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyətinə, Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrin yaradılmasında, inkişafında dahi şəxsiyyətin əvəzsiz xidmətlərinə dair yazılar daxil olunmuşdur.
AzərTAc