PDF Oxu

Siyasət

  • 12

Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələlərini daim önə çəkilmişdir

Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələlərini daim önə çəkilmişdir

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin zabit və əsgər heyəti mayın 7-də Heydər Əliyev Fondunu ziyarət etmişdir.

AzərTAc xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn hərbçilərə Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, Ümummilli Liderin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.

Fondla tanışlıq zamanı zabit və əsgərlərə məlumat verilmişdir ki, Ulu Öndər ordu quruculuğu işinə hələ SSRİ dövründən başlamışdır. Azərbaycanlıların keçmiş SSRİ-nin ali hərbi məktəblərində təhsil almağa göndərilməsi məhz ümummilli lider Heydər Əliyevin göstərişi ilə həyata keçirilmiş, eləcə də Azərbaycanda hərbi təhsil müəssisələri yaradılmışdır. 1993-cü ildən Azərbaycana yenidən rəhbərlik edən Ulu Öndərin ilk islahatları Silahlı Qüvvələrdən başlamış və ölkədə vahid komandanlıq altında ordu yaradılmışdır. İndi bu ordu dünyanın inkişaf etmiş ölkələrinin silahlı qüvvələri ilə müqayisə ediləcək səviyyə gəlib çatmışdır.

Qonaqlar ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olmuşlar.

Sonda Fondun qonaqları Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filmini izləmişlər.

AzərTAc

Digər xəbərlər