PDF Oxu

Siyasət

  • 14

Bahar Muradova: Azərbaycan vətəndaş cəmiyyətinin formalaşdırılması, qanunun aliliyinin təmin olunması, təhlükəsizlik və əməkdaşlıq məsələsində xeyli nailiyyətlər əldə edib

Bahar Muradova: Azərbaycan vətəndaş cəmiyyətinin formalaşdırılması, qanunun aliliyinin təmin olunması, təhlükəsizlik və əməkdaşlıq məsələsində xeyli nailiyyətlər əldə edib

"Joao Soareş ATƏT-in Parlament Assambleyasına uğurla rəhbərlik edir. O, ötən dövr ərzində dondurulmuş münaqişələrlə bağlı təqdirəlayiq fəaliyyət göstərib". Bu fikri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B. Muradova bildirib ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində həlli ölkəmiz üçün prioritet təşkil edir. Onun fikrincə, J.Suareşin bu vəzifədə fəaliyyəti münaqişənin həllinə öz töhfəsini verəcək".

"Azərbaycan ATƏT-ə üzv olduqdan sonra vətəndaş cəmiyyətinin formalaşdırılması, qanunun aliliyinin təmin olunması, təhlükəsizlik və əməkdaşlıq məsələsində xeyli nailiyyətlər əldə edib. Bu gün Azərbaycan bir sıra beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü kimi həm öz problemlərinin, həm də qlobal problemlərin həllinə dair məsələləri bu qurumlarda müzakirəyə çıxarır"- deyə, vitse-spiker vurğulayıb.

yap.org.az

Digər xəbərlər