PDF Oxu

Siyasət

  • 18

Ölkəmizin və xalqımızın xilaskarı-Ulu Öndər Heydər Əliyev

Ölkəmizin və xalqımızın xilaskarı-Ulu Öndər Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə tədbir keçirib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası beynəlxalq yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Gürcüstan, Qazaxıstan, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrdən olan yazı müəllifləri Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin böyük miqyası və bəşəri mahiyyətini xüsusi boyalarla təsvir ediblər. Qaliblər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qiymətli hədiyələri ilə mükafatlandırılıblar.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dünya xalqları tərəfindən sevilməsi bizim hər birimiz üçün qürurvericidir: "Ulu Öndər hər birimiz üçün çox əzizdir. Xalqımızın xilaskar oğlu-dahi şəxsiyyət Heydər Əliyev ömrünü ölkəmizin, xalqımızın müstəqilliyinə, firavanlığına, xoşbəxtliyinə həsr edib. O, təkcə Azərbaycan xalqı üçün deyil, dünyanın bir çox xalqları üçün dəyərli və əzizdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, uzaqgörən siyasətçi və xalq məhəbbətini qazanan Öndər kimi qalmışdır".

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşıb: "Bunun nəticəsi olaraq şahidi oluruq ki, bu gün ölkəmiz yüksək sürətlə inkişaf edir. Ümummilli Lider Heydər Əliyev istər Azərbaycan rəhbərliyində, istərsə də SSRİ rəhbərliyində çalışdığı illərdə dünya xalqları arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə layiqli töhfələr vermiş böyük şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyev dünyanın nadir, unikal, dahi, seçilən siyasət adamı idi".

Müsabiqədə iştirak edib, qalib gəlmiş nümayəndələr, o cümlədən, Türkiyə, Gürcüstan, Rumıniya, Rusiya və digər ölkələrdən olan nümayəndələr Ulu Öndər Heydər Əliyev haqqında düşündüklərini tədbir iştirakçıları ilə paylaşdılar. Onlar qeyd etdilər ki, Ümummilli Lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün dünyanın dahi şəxsiyyətidir və uzaqgörən siyasətçisidir.

CAHİD SÜLEYMANOV

Digər xəbərlər