PDF Oxu

Siyasət

  • 11

Xalqının qəlbində əbədi yaşayan lider

Xalqının qəlbində əbədi yaşayan lider

Şəmkirlilər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyini geniş şəkildə qeyd etdi

Şəmkir rayon icra hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən geniş bəhs etdi: "Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında göstərdiyi xidmətlər barədə saatlarla, günlərlə, danışmaq mümkündür. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpa edildiyi ilk günlərdən ölkəmiz böyük tarixi sınaqlarla üzləşdi. Belə şəraitdə 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev çox ağır, lakin şərəfli bir vəzifəni öhdəsinə götürərək xalqımızı, dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi. Beləiklə də, ölkəmiz inkişaf yolunda addımlamağa başladı. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanımızın inkişaf sükanı Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin əlindədir".

N.Veysov çıxışında onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev ideyalarına söykənən Azərbaycan bu gün sürətlə inkişaf edir. Son illər Azərbaycanın bütün sahələrdə böyük inkişaf yolu keçməsi, dünyada iqtisadi artımın sürətinə görə liderliyi ələ alması Prezident İlham Əliyevin səyləri, eyni zamanda Ulu Öndər Heydər Əliyevin ideyalarına istinad etməsi ilə əlaqədardır.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti barədə ətraflı danışaraq, vurğulayıb ki, Azərbaycanın son 40 illik inkişaf tarixi birbaşa Ümummilli Liderimizin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin formalaşması, iqtisadiyyatın dinamik, sürətli inkişafı, cəmiyyətin bütün sahələrində aparılan islahatların uğurla nəticələnməsi də Dahi Öndər Heydər Əliyevin xidmətlərinin nəticəsidir.

F.Vəliyev onu da vurğulayıb ki, ölkəmizin tərəqqisi, müasirləşməsi, Azərbaycanın bütün regionlarında quruculuq və abadlıq işlərinin geniş vüsət alması Ulu Öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev siyasətinin xalq tərəfindən dəstəklənməsinin bariz ifadəsidir.

A.Səmədova

Digər xəbərlər