PDF Oxu

Siyasət

  • 12

Ulu Öndər Heydər Əliyev zirvələri fətd edən Liderdir

Ulu Öndər Heydər Əliyev zirvələri fətd edən Liderdir

Aydın Mirzəzadə: "Dövlət başçısı İlham Əliyevin Ulu Öndərin uğurlu siyasətini müvəffəqiyyətlə davam etdirməsi Azərbaycanın bugünkü nailiyyətlərində öz əksini bariz şəkildə tapmaqdadır"

Dövlətimizin qurucusu və memarı Umummilli Lider Heydər Əliyev Azərbaycanın xarici siyasi kursuna hər zaman xüsusi önəm vermişdir. Balanslı xarici siyasi kurs nəticəsində Azərbaycan dünya ölkələri ilə strateji müttəfiqlik münasibətləri qura bilmişdir. Bu baxımdan dünya xalqları da Ulu Öndər Heydər Əliyevi sevilən, mütərəqqi lider kimi qəbul edirlər. Millət vəkili Aydın Mirzəzadə "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dünya birliyində Azərbaycanın yerini müəyyənləşdirmə məsələsinə çox ciddi yanaşdı: "Azərbaycanın daxili siyasəti ilə yanaşı, xarici siyasətinin də müəyyənləşdirilməsi o dövr Dahi Öndərin fəaliyyətində böyük önəm daşıyırdı. İlk növbədə Azərbaycan beynəlxalq hüquq normalarına riayət edən və beynəlxalq aləmdə gedən proseslərdə müsbət mənada fəal iştirak edən bir ölkəyə çevrildi. Azərbaycanda sülhsevər, stabilliyin qorunması, terrora qarşı mübarizə və beynəlxalq hüquq normalarının qurulması prinsipi Ulu Öndərin fəaliyyətində əsas baza prinsipləri kimi formalaşdı".

A.Mirzəzadənin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin sərhəd dövlətlərlə qonşuluq münasibətlərinin qurulması, digər dövlətlərin daxili işlərinə qarışmamaq və ümumi maraq doğuran məsələlərin həllinə də böyük önəm vermişdir: "Azərbaycanın milli maraqlarının digər dövlətlərlə münasibətdə qurulması da vacib şərtlərdən idi. Xarici siyasətimizdə Azərbaycan barəsində məlumatların genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına investisiya qoyulması üçün münbit şəraitin yaradılması üzərində də ciddi işlər aparılmışdır. Azərbaycanın dövlət quruculuğunda xarici ölkə təcrübəsinin öyrənilməsi və onların ölkəmizə tətbiq edilməsi, Azərbaycanın birgə layihələrin işlənməsi istiqamətində də Ulu Öndər Heydər Əliyevin siyasəti öz müsbət nəticələrini verir. Dövlət başçısı İlham Əliyevin Ulu Öndərin uğurlu siyasətini müvəffəqiyyətlə davam etdirməsi Azərbaycanın bugünkü nailiyyətlərində öz əksini bariz şəkildə tapmaqdadır. Aparılan bu siyasət Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə və ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsinin ənənəvi hal almasına və Azərbaycanla dostluğun arzuolunan bir faktora çevrilməsi üçün xarici ölkələrlə müvafiq işlər aparılmasına gətirib çıxardı".

GÜLYANƏ

Digər xəbərlər