Ümummilli lider Heydər Əliyevin 90 illik münasibəti ilə Azərbaycanın Macarıstandakı səfirliyi Macar Poçtu ilə birlikdə xatirə markası buraxmışdır.
Xatirə markası dahi şəxsiyyətin şərəfli həyat yolunun müxtəlif mərhələlərini təsvir edir. Əsas qayə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi inkişafı, onun ideyalarının bu gün də yaşadığını və cəmiyyəti irəli apardığını göstərməkdir.
Səfirlik artıq diplomatik korpus və ölkə ictimaiyyəti arasında yayılmış xatirə markasının təqdimat mərasimini də keçirməyi planlaşdırır.
AzərTAc