Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşüb
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşmüşdür.
Görüşdə Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olundu. Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirildi.