PDF Oxu

Siyasət

  • 8

Parisdə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

Parisdə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

Parisdə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Mərasimdə Fransa rəsmləri, paytaxt ictimaiyyətinin, diplomatik korpusun və ölkəmizin UNESCO yanındakı Daimi Nümayəndəliyinin əməkdaşları, Azərbaycan Mülki Aviasiya administrasiyasının Parisdə işgüzar səfərdə olan rəhbərliyinin və diaspora təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək müasir Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyevin öz əməli fəaliyyəti ilə xalqımızın yaddaşında əbədi iz buraxdığını, SSRİ-nin süqutundan sonra Azərbaycanın suverenliyi qorunması və siyasi sabitliyinə nail olunmasına xüsusi əmək sərf etdiyini diqqətə çatdırmışdır.

Azərbaycanın çətin və ağır günlərində ərazilərimizin bir hissəsinin - Dağlıq Qarabağ və ona bitişik 7 rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal edildiyi bir vaxtda, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığını, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi yeni Konstitusiyanın qəbul edildiyini, 1994 və 1995-ci ildə dövlət çevrilişinə cəhdlərin qarşısının alındığını xatırlatmışdır.

Səfir Heydər Əliyevin gərgin əməyi və uğurlu neft strategiyası nəticəsində 1994-cü ilin sentyabr ayında "Əsrin müqaviləsi"nin imzalandığı, ölkə iqtisadiyyatına küll miqdarda xarici sərmayələrin yatırıldığını qeyd etmiş, bunun sayəsində Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Supsa və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verildiyini bildirmişdir.

E.Əmirbəyov Ulu Öndərin strategiyasının və siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın daha da inkişaf edəcəyini, Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın azad olunacağını, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdacağını xüsusi vurğulamışdır.

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun sədri Tierri Mariani ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində xarici investorların ölkəmizə sərmayə yatırdıqlarını, iqtisadiyyatımızın dinamik inkişaf etdiyini, mövcud tolerantlığın qorunmasının ictimai-siyasi stabilliyin möhkəmlənməsinə təkan verdiyini bildirmişdir.

Xalq qarşısında xidmətlərinə görə Fransa Prezidenti Şarl de Qolla Heydər Əliyevi eyni bir səviyyədə xarakterizə edən T. Mariani Ulu Öndərin azərbaycanlıların azadlıq hərəkatını boğmaq üçün Sovet rəhbərliyinin 1990-cı ildə Azərbaycana qoşun yeritməsinə və yüzlərlə günahsız insanı qətlə yetirmələrinə kəskin etiraz edərək Kommunist Partiyasından çıxdığını və 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratdığını xatırlatmışdır.

Fransanın Azərbaycandakı keçmiş səfirləri Jan Perrən və Jan-Pyer Günyüt Heydər Əliyevlə bağlı xatirələrini bölüşmüş, Ümummilli lideri dünyanın görkəmli siyasətçilərdən biri kimi dəyərləndirmiş və təcrübəli dövlət başçısı olduğunu vurğulamışlar.

Sonda "Muğam" mərkəzinin direktoru, Xalq Artisti, hazırda Fransada musiqi təhsilini davam etdirən Murad Hüseynov solo konserti vermişdir.

O, fortopianoda Azərbaycan və fransız bəstəkarlarının əsərlərini ifa etmişdir.

AzərTAc

Digər xəbərlər