PDF Oxu

Siyasət

  • 14

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi Azərbaycanın Niderland Krallığındakı səfirliyində təntənə ilə qeyd olunmuşdur

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi Azərbaycanın Niderland Krallığındakı səfirliyində təntənə ilə qeyd olunmuşdur

Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar yubiley tədbirləri keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, səfirliyin əməkdaşlarının, Niderlandın Haaqa, Erasmus, Utrext və Amsterdam universitetlərində təhsil alan azərbaycanlı tələbələrin iştirak etdiyi "dəyirmi masa"da Dahi Liderin həyat yolu, müstəqil Azərbaycanın inkişafı istiqamətindəki fədakar və yorulmaz fəaliyyəti müzakirə olunmuş, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilməsi nəticəsində Azərbaycanın dinamik inkişafı, xarici siyasət sahəsində əldə olunmuş uğurlar, diplomatiyamızın nailiyyətləri barədə məlumat verilmiş, fikir mübadiləsi aparılmışdır.

Səfir Mir-Həmzə Əfəndiyev iştirakçıların suallarını cavablandırmışdır.

Ümummilli lider Heydər Əliyevin şanlı ömür yolu haqqında rejissor Vaqif Mustafayevin çəkdiyi "Bir həsədin tarixçəsi" filmi nümayiş etdirilmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin səfirliyə təqdim etdiyi və Niderlandın müvafiq şirkəti tərəfindən nəfis tərtibatda hazırlanmış Ulu Öndərin həyat yolunu dolğun əks etdirən, müstəqil Azərbaycan naminə məqsədyönlü fəaliyyətini işıqlandıran fotosərgi açılmışdır. Sərgi mayın 28-dək davam edəcəkdir.

Tədbirlər planı çərçivəsində səfirlikdə Ulu Öndərin 90 illik yubileyi münasibətilə rəsmi ziyafət təşkil edilmişdir. Ziyafətdə Azərbaycan diaspor təşkilatlarının üzvləri, Niderland Krallığında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, holland ictimaiyyətinin təmsilçiləri iştirak etmişlər.

AzərTAc

Digər xəbərlər