PDF Oxu

Siyasət

  • 8

Marneuli rayon mərkəzində ulu öndər Heydər Əliyevin yubileyi münasibətilə tədbir keçirilmişdir

Marneuli rayon mərkəzində ulu öndər Heydər Əliyevin yubileyi münasibətilə tədbir keçirilmişdir

Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.

Mərkəzin rəhbəri Fazil Həsənov Ulu Öndərin Azərbaycanın dünya dövlətləri sırasında layiqli yerini tutması, bəşəri dəyərlərə yiyələnməsi, azərbaycançılıq ideyasının gücləndirilməsi, xaricdə yaşayan soydaşlara qayğı və diqqətin artırılması, diaspor təşkilatlarının fəallaşması istiqamətindəki əvəzsiz xidmətlərindən danışmışdır. O, Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirən Azərbaycan Prezidentinin yürütdüyü siyasətin gürcüstanlı soydaşlarımız tərəfindən dəstəkləndiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, Gürcüstan ictimaiyyəti, xüsusən də azərbaycanlılar Ulu Öndərin əziz xatirəsini daim əziz tuturlar.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin məsul əməkdaşı Şövqi Mehdizadə və başqaları Ulu Öndərin siyasi fəaliyyətinin milli idrak və xarakterin parlaq təzahürü kimi qəbul edildiyini, bütün bunların xalqın özünə inamı, özünüdərki və mütəşəkkilliyin başlıca amili kimi qiymətləndirildiyini vurğulamışlar.

Gürcüstan Azərbaycanlıları Gənclər İttifaqının sədri Leyla Məmmədova Ümummilli Liderin gənclərə qayğısından danışmış və gürcüstanlı soydaşların bu qayğını bu gün də hiss etdiklərini demişdir.

Tədbir iştirakçıları "Azərbaycan Respublikası Prezidentinə dəstək" layihəsi çərçivəsində Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini bildirmiş, bəzi qüvvələrin fitnəkarlıq siyasətini pisləmişlər.

Sonra Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralovun "Heydər Əliyev irsi" kitabının təqdimatı keçirilmiş, ideya və ssenari müəllifi Şahismayıl Şəmmədoğlu, rejissoru Tengiz Txilava olan "Heydər Əliyev və Gürcüstan" filmi nümayiş etdirilmişdir.

Sonda "Heydər Əliyev-90" yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

AzərTAc

Digər xəbərlər